UEFA Çempionlar Liqasının qrup mərhələsində maraq doğuran qarşılaşmalardan biri C qrupunda “İnter” və “Bavariya” arasında olub. İtaliyada keçiriıən matça güclü hücumlarla başlayan Münhen futbolçuıarı 25-ci dəqiqədə istəklərinə çatıblar. Yozua Kimixin dəqiq ötürməsini Leroy Sane lazımlnca dəyərləndirib. 1-ci hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra qonaqlar fərqi artırıblar. 66-cı dəqiüədə Almaniya klubunun əla kombinasiyası Danilo Dambroziyonun avtoqolu ilə başa çatıb. “İnter” qalan vaxtda vəziyyəti dəyişə bilməyib. Beləliklə, “Bavariya” 2:0 hesabilə qələbə qazanıb. 

C qrupunun digər qarşılaşmasında Barselona “Kamp Nou”da “Viktoriya”nı böyük hesabla məğlub edib. Frank Kessinin hesabı açdığı matçda, Robert Levandovski het-trik müəllifi olub. Bundan başqa Ferran Torres fərqlənib. Qonaqlardan Yan Sikoranın vurduğu 1 qol yalnız isə yalnız təsəlli olub: “Barselona” – “Viktoriya” 5;1 

D qrupunda Avropa Liqasınln qalibi “Ayntraxt” öz meydanında “Sportinq”ə uduzub. Maraqlıdır ki, Lissabon klubu 2-ci hissədə 17 dəqiqə ərzində vurduğu 3 qolla qələbə qazanıb. Markus Edvards, Trinkao və Nunu Santuş Frankfurt klubunun qapısına yol tapıb. 

“Tottenhem” – “Olimpik Marsel” oyununda da bütün maraqlı hadisələr 2-ci yarıda baş verib. Hissənin əvvəlində  Mbemba meydandan çıxarılaraq qonaqıarı azlıqda qoyub. Say üstünlüyü qazanan London klubu 76-cı dəqiqədə irəli çıxıb. Rişarlison hesabı açıb. Az sonra o dubl edərək komandasınln 2:0 hesanlı qəlbəbəsini təmin edib.